İki ildir davam edən BAHALAŞMA: Növbəti il bizi nələr gözləyir?- Tarif Şurası qiymətləri artıra bilərbackend

İki ildir davam edən BAHALAŞMA: Növbəti il bizi nələr gözləyir?- Tarif Şurası qiymətləri artıra bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda bahalaşma artıq iki ildir davam edir və heç səngimək istiqamətində də dirəniş nümayiş etdirmir.Rəsmi olaraq inflyasiya səviyyəsi 14%-in üstündə, ərzaq üzrə isə 20%-dən çox təşkil edir. Yeni il ərəfəsində istehlak qiymətlərində  xüsusilə ərzaq məhsullarında yüksəlmə ənənəvi xarakteri daşıyır. Növbəti ildə isə nə baş verəcəyini söyləmək tezdir”.

Bu sözləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

İqtisadçının sözlərinə görə Tarif Şurasının nəzarətində olan qiymətlər üzrə artıma gedilməsi mümkündür:

“Nəqliyyatda da o cümlədən… Ancaq ümumi bahalaşma fonunda hökumət buna ehtiyatlı şəkildə yanaşacaq və mümkün dərəcədə az təsirli olmasına çalışacaq. Ümumiyyətlə, əsas odur ki, ümumi bahalaşma tendensiyası dayansın. Bu da qlobal vəziyyətdən asılıdır. Gərginliyi yaradan məhz budur. Ümumi qiymət yüksəlişi dayanmasa, istənilən xırda qiymət dəyişikliyinə gedilməsi inflyasiyaya əlavə sürət qatacaq. Gələn il sosial istiqamətdə artımlar da həyata keçiriləcək. Və bunlar hazırki inflyasiya səviyyəsini müəyyən dərəcədə kompensasiya edə biləcək. Amma inflyasiya azalmalıdır, əks təqdirdə istənilən sosial artım onun yeminə çevriləcək”.

//Gülnarə Abasova, Editor.az