İsveç və Finlandiya Ukraynadakı hərbi münaqişənin mümkün həllini müzakirə etmək üçün parlament iclasları keçirib.
Editor.az xəbər verir ki, bu xəbəri Finlandiyanın “Helsingin Sanomat” qəzeti və İsveçin “Aftonbladet” nəşri yayıb. İsveç xarici işlər naziri Maria Malmer Stenergaard təcili toplantı çağırdığını və İsveçdə birləşərək Ukraynanı dəstəkləməli olduğunu deyib.
Finlandiyada baş nazir Petteri Orpo da Ukraynadakı münaqişə mühiti ilə bağlı parlament iclası keçirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Orponun parlament iclası keçirmək niyyəti ilə bağlı qiymətləndirmələr edib. Diplomat Şimali Avropa ölkələrinə Qrenlandiya kimi öz problemlərini müzakirə etməyi tövsiyə edib.
//Gülnarə Abasova, Editor.az