“İki ölkə arasında bu kimi görüşlərin təşkili ordunun gücləndirilməsində böyük rol oynayır”-Deputatdan AÇIQLAMAbackend

“İki ölkə arasında bu kimi görüşlərin təşkili ordunun gücləndirilməsində böyük rol oynayır”-Deputatdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edib.

Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetiriblər.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Editor.az-a açıqlamasında bildirib ki, hazırda Azərbaycan-Türkiyə birgə təlimləri həyata keçirildiyi bir vaxtda davamlı olaraq Türkiyə Azərbaycan Müdafiə Naziri qarşılıqlı səfərlər edirlər:

“Bunun isə əsas məqsədi birgə təlimləri izləmək, iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı müzakirələrin aparılmasıdır. Bu gün Azərbaycan və Türkiyə bir çox sahələrdə əməkdaşlıq edir.Hər iki ölkənin sıx əməkdaşlıq etdiyi sahələrdən biri də hərbi sahədir. Bu baxımdan belə görüşlərin keçirilməsi önəmlidir. Bu həm də Azərbaycan-Türkiyə müttəfiqliyinin göstəricisidir. İki ölkənin bir-birinə dost, qardaş münasibətdə olduğunu nümayiş etdirir. Tərəflər arasında hərbi imkanların artırılması, ordunun gücləndirilməsi istiqamətində öz mühüm töhfəsini verir. Tam əminliklə deyə bilərik ki, Azərbaycan və Türkiyə arasında əlaqələr sarsılmaz və əbədidir. Bu münasibətlər bütün sahələrdə dayanmadan inkişaf edir”.

//Safura Bənnayeva, Editor.az