“İki ölkə arasında əməkdaşlıq gələcəkdə təhlükəsizlik sahəsində təhdidlərin aradan qalxması baxımından da önəmlidir”- ŞƏRHbackend

“İki ölkə arasında əməkdaşlıq gələcəkdə təhlükəsizlik sahəsində təhdidlərin aradan qalxması baxımından da önəmlidir”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan və Səudiyyə Ərəbistanı arasında münasibətlər hər zaman müxtəlif xətt üzrə inkişaf edib. Xüsusilə vurğulamaq lazımdır ki, Səudiyyə Ərəbistanı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman qətiyyətlə dəstəkləyib, bütünlüyünə, torpaqların işğaldan azad olunmasına siyasi dəstək verib və lokal xarakterli antiterror tədbirləri eləcə də Vətən müharibəsindən sonra bu münasibətlər yeni müstəviyə qalxıb”.

Bu fikirləri Editor.az-a politoloq İlyas Hüseynov son vaxtlar Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında münasibətlərin müəyyən sahələr üzrə inkişafını şərh edərkən deyib.

Onun sözlərinə görə, iki ölkə arasında xüsusilə hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığın formalaşması xüsusilə diqqət çəkən məqamdır:

“Ermənistan özü də silahlanma yolunu seçib, regionda gərginliyin artırılması, eskalasiya risklərinin gücləndirilməsi İrəvan tərəfindən həyata keçirilib. Bu baxımdan Azərbaycan da öz dost-müttəfiq ölkələrlə hərbi sahədə məsləhətləşmələr həyata keçirir, silah-sursat, texnika alışı ilə yanaşı həm də təcrübə mübadiləsi də mühüm önəm daşıyır. Bu baxımdan Səudiyyə Ərəbistanı Krallığının hərbi nümayəndə heyətinin Azərbaycana səfəri xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, gələcəkdə bu əməkdaşlığın təhlükəsizlik sahəsində təhdidlərin aradan qalxması baxımından inkişafı və daha da dərinləşməsi gözlənilir. Bu cür əməkdaşlıqlar isə regionda sülhün, sabitliyin qorunmasına yönəlib”.

//Gülnarə Abasova, Editor.az