İki ölkə arasında münasibətlər GƏRGİNLƏŞMƏKDƏ davam edir: Rusiyanın başqa dərdləri varbackend

İki ölkə arasında münasibətlər GƏRGİNLƏŞMƏKDƏ davam edir: Rusiyanın başqa dərdləri var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Keçən ilin dekabrında AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya səmasında yerdən atılan raketlərlə vurulması və təyyarəyə yaxın ərazilərdə olan aeroportlara eniş izni verilməməsi əslində bu hadisənin bir terror aktı olduğunu ortaya qoyur. Sözsüz ki, rəsmi Bakı bu hadisəyə haqlı olaraq sərt reaksiya verdi. Azərbaycanın baş vermiş bu faciə ilə bağlı tələblərinin bir qismi qarşılansa da bir qismi, xüsusilə, hadisənin törədilməsində məsuliyyət daşıyan şəxslərin cinayət məsuliyyətinə cəlb olunması tələbi yerinə yetirilmədi. Bu da iki ölkə arasında münasibətlərin xeyli gərginləşməsinə səbəb oldu”.

Bunu Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

O bildirib ki, Rusiya Azərbaycanın haqlı tələbələrini yerinə yetirmək əvəzinə, nəzarətində olan media resursları vasitəsi ilə Azərbaycana qarşı antikampaniya aparmağa üstünlük verdi:

“Hadisələrin gedişatını təhlil etdikdə görürük ki, Rusiyanın başqa dərdləri var. Belə ki, Rusiya Qarabağda Azərbaycanın qələbəsini hələ də həzm edə bilmir. Rus “sülhməramlılarının” nəzərdə tutulduğundan çox daha tez Qarabağdan çıxarılması, Xankəndində konsulluq açılmasına icazə verilməməsi, Qafqazda Azərbaycanın söz sahibi olması Rusiyanı narahat edən əsas məsələlərdəndir.

Ukraynada girdiyi savaş, Qərbin ağır sanksiyaları Rusiya iqtisadiyyatına ağır zərbə vurmaqdan davam edir. Rusiya bir çox məsələlərdə, xüsusi ilə transport məsələsində Azərbaycana möhtacdır. Odur ki, Rusiyanın Azərbaycana qarşı planlaşdırdığı hər hansı provokasiyaların həyata keçmək şansı yoxdur. Rusiya nə qədər tez Azərbaycanın haqlı tələblərini yerinə yetirsə, bir o qədər xeyir tapar”.

//Gülnarə Abasova, Editor.az