İki ölkə də Şengen zonasına qoşuldubackend

İki ölkə də Şengen zonasına qoşuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bolqarıstan və Rumıniya bu bazar günündən etibarən Şengen zonasına rəsmən qoşulublar.

Editor.az oxu.az-a istinadən xəbər verir ki, hələlik bu qoşulma yalnız qismən həyata keçiriləcək. Belə ki, yeniliklər  hava və dəniz nəqliyyatı ilə səyahət edən sərnişinlərə şamil olunacaq. Hər iki ölkə bazar ertəsi, aprelin 1-də öz Şengen vizalarını verməyə başlayacaqlar.

Eyni zamanda, yerüstü keçid məntəqələrində sərhədi keçərkən pasport nəzarəti qalacaq.

Hər iki ölkə sərhəd nəzarətini gücləndirəcək və öz ərazilərində sığınacaq tələblərinə baxacaqlarına söz veriblər.

Qeyd edək ki, Bolqarıstan və Rumıniya 2007-ci ildə Avropa İttifaqına qoşulub.