İki ölkə Zəngəzur dəhlizini müzakirə edəcəkbackend

İki ölkə Zəngəzur dəhlizini müzakirə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamenti Türkiyə Prezidenti Rəcəb Ərdoğanın Naxçıvana səfəri və Zəngəzur dəhlizi ilə bağlı müzakirələrə münasibət bildirməyib.

Editor.az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

O bildirib ki, ABŞ bu məsələdə Türkiyə hökuməti ilə işləyir:

“Bu, Dövlət katibi Blinkenin ötən cümə günü Nyu Yorkda keçirdiyi görüşdə türkiyəli həmkarı ilə müzakirə etdiyi məsələlərdən biri idi. Bütün müttəfiqlərimiz və tərəfdaşlarımız davamlı razılaşmanın əldə edilməsində konstruktiv rol oynaya bilər, o cümlədən, əlbəttə ki, Türkiyə. Amma konkret təkliflə bağlı heç bir şərhim yoxdur”.