İki orta məktəb şagirdi məktub yazaraq intihar edibbackend

İki orta məktəb şagirdi məktub yazaraq intihar edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə Karabükdə iki lisey şagirdi Yusuf Ömer U. və Oğuzhan U. məktub yazdıqdan sonra özlərini ağacdan asaraq həyatlarına son qoyublar.

Editor.az “Hüriyyet”ə istinadən xəbər verir ki, səhər məktəbə gəlməyən iki dost sinif yoldaşlarına olduqları yerin ünvanını göndəriblər. Dostları onları ağacın budağından asılı vəziyyətdə tapıb. Hadisə yerinə təcili yardım və polis işçiləri göndərilib. İlkin yardım zamanı şagirdlərin həyatlarını itirdikləri məlum olub.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

 

//Gülnarə Abasova, Editor.az