İki qızını öldürdü, sonra intihar etmək istədi – Təfərrüatbackend

İki qızını öldürdü, sonra intihar etmək istədi – Təfərrüat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ruhi xəstə olan ana iki övladını öldürüb.

Editor.az azxeber.com-a istinadən xəbər verir ki, Avstraliyada yaşayan 40 yaşlı Milka Djurasovic qızları 10 yaşlı Mia və 6 yaşlı Tiananı öldürüb.

Qatil ana qonşuların uşaqların səsini eşitməməsi üçün tozsoranın səsini sonuna qədər açıb. Evə gələn ata uşaqların meyitlərini tapıb və polisə zəng vurub.

Milka Djurasovic ilkin ifadəsi zamanı psixoloji problemləri olduğunu, həmçinin uşaqlarının da xəstə olduğunu deyib. O, uşaqlarının xəstəxanaya yerləşdiriləcəyi təqdirdə tək qalacağından və əziyyət çəkəcəyindən qorxduğu üçün onları öldürdüyünü bildirib.

İstintaq araşdırması zamanı, ananın qızlarını öldürdükdən sonra intihara cəhd etdiyi ortaya çıxıb. Qadın bir neçə üzr məktubu yazaraq uşaqların cansız bədəninin yanına buraxıb.

Tibbi ekspertiza qətl zamanı ananın psixi cəhətdən sağlam olmadığı rəyini verib.