Rusiya-Ukrayna müharibəsinin insan ölümlərinə səbəb olan dəhşətli üzü hərkəsi məyus edir. Müharibədən əziyyət çəkən günahsız insanlardan biri də anası ukraynalı, atası rus olan və Marmarisdə yaşayan 84 yaşlı Raisa Borovskadır.
Editor.az “sabah.com tr” yə istinadən xəbər verir ki, Borovska hələ 4 yaşında ikən dünyanın necə olduğunu başa düşmədən İkinci Dünya Müharibəsinin ortasında qalıb. İndi onun nəvələri rusların hücumu səbəbindən hər an ölümlə qarşı-qarşıya olduqları zirzəmilərdə yaşayırlar.
Övladlarının həyatına ağlayan 84 yaşlı Borovska onlar üçün müharibəsiz bir dünya arzulayır.
O, nəvəsi Melina ilə birgə sülhə çağırış edib:
“Mən İkinci Dünya Müharibəsini gördüm. Yaşadığımız Jitomir şəhərində əsgərlər həlak oldu. İndi uşaqlarım və nəvələrim Ukraynada müharibə aparır. Hazırda nəvələrim, övladlarım, qohumlarım ölüdür yoxsa diri? Bilmirəm. Bəzən danışanda “acından ölürük” deyirdilər. İzah etmək çox çətindir. Qardaşım ailəm kimi rus olan dostlarım var. Anam ukraynalıdır, atam rusdur. Evləniblər. Bir qızım, nəvələrim və onların uşaqları Ukraynadadır”.
//Gülnarə Abasova, Editor.az

