İkinci kurs tələbəsi özünü sevdiyi qıza görə asıb? – FOTObackend

İkinci kurs tələbəsi özünü sevdiyi qıza görə asıb? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabadda intihar hadisəsi qeydə alınıb.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, Tural Hətəmovun intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb. İlkin ehtimallara görə, 20 yaşlı Tural sevdiyi qıza görə həyatına son qoyub. Məlum olub ki, hadisədən bir müddət əvvəl Tural sevdiyi qızdan ayrılıb və bu, onda dərin sarsıntı yaradıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının 2-ci kurs tələbəsi olan gəncin mobil telefonu və digər əşyalar maddi sübut kimi götürülüb.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.