Hadisə Türkiyədə, Bursansanın İnegöl rayonunda baş verib.
46 yaşlı kişi ikinci mərtəbənin pəncərəsindən yıxılaraq ölüb.
Hadisə saat 05:00 radələrində Turqutalp rayonu Qoncagül küçəsində yerləşən 3 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində baş verib. Yaşayış binasının 2-ci mərtəbəsində yaşayan Metin Ayyıldız müvazinətini itirib və təxminən 5 metr hündürlükdən yıxılıb.
Ağır yaralanan şəxsə ilkin tibbi yardım hadisə yerinə gələn 112 Təcili Tibbi Yardım maşınında növbətçi həkim briqadaları tərəfindən edilib. Yaralını bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
Həyatını itirən Ayyıldızın cənazəsi prokurorluğun araşdırmasından sonra ölümünün dəqiq səbəbinin müəyyən edilməsi üçün Ədliyyə Tibb Təşkilatına göndərilib.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
//Samir Qurbanov, Editor.az

