“44 günlük müharibədə Azərbaycan qalib gələrək erməni faşistlərini ərazimizdən qovdu və ərazi bütövlüyünü bərpa etdi. Müharibə bitdikdən sonra üçtərəfli bəyannaməyə əsasən Azərbaycan öz humanist addımını ataraq ərazilərimizdə tapılan erməni meyidlərini Ermənistana təhvil verdi. Bu günə qədər 1700-ə yaxın erməni leşi Ermənistana qaytarılıb”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Millət vəkili bildirib ki, Azərbaycan işğaldan azad olunan ərazilərin mina xəritələri müqabilində xeyli erməni girovunu da Ermənistana geri qaytarıb:
“Bütün bunların qarşılığında Ermənistan hələ də təcavüzkar əməllərin əl çəkmir. Hələ də ikinci Qarabağ müharibəsində itkin düşmüş 7 nəfər hərbiçimizin taleyi barədə məlumat verilmir. Bu günə qədər Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş təxminən 4 minə yaxın soydaşımız haqqında da heç bir informasiya verilmiyib. Eyni ssenari indi də təkrarlanır. Bu məsələdə Azərbaycan qəti mövqeyini ortaya qoymalı və Ermənistanın itkin düşmüş şəxslərlə bağlı məlumatları təhvil verməsi istiqamətində beynəlxalq təşkilatlara, region dövlətlərinə, eyni zamanda, Ermənistanın havadalarlarına müraciətləri davam etdirməlidir. Ermənistana bu istiqamətdə ciddi təzyiq göstərilməlidir.
Naqif Həmzəyev qeyd edib ki, mütləq itkin düşmüş şəxslərin taleyi həll olunacaq:
“Bu ağır problemdir. Onların ailə üzvləri və Azərbaycan cəmiyyəti bununla bağlı narahatdır. Aiddiyyatı qurumlar bununla bağlı öz işlərini davam etdirir. Düşünürəm ki, ən azı ikinci Qarabağ müharibəsində itkin düşmüş hərbiçilərimiz haqqında məlumatı əldə edəcəyik. Ümid edirik ki, onlar əsir götürülüblər və sağdılar. Azərbaycan dövləti hər bir vətəndaşının taleyi ilə bağlı narahatdır. Buna görə də mütləq bu məsələ yaxın zamanda öz həllini tapacaq”.
//Gülnarə Abasova, Editor.az

