İkinci Rusiya -ABŞ görüşü: tarix və məkan bəllidirbackend

İkinci Rusiya -ABŞ görüşü: tarix və məkan bəllidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Die Zeit” qəzeti diplomatik mənbələrə istinadən xəbər verir ki, fevralın 25-də Rusiya və ABŞ nümayəndə heyətləri Səudiyyə Ərəbistanının paytaxtında Rusiya-Ukrayna münaqişəsinin həllini müzakirə etmək üçün ikinci görüş keçirəcək.

Rəsmilər bu məlumatı şərh etməyiblər.

Nəşr danışıqlarda kimin iştirak edəcəyini dəqiqləşdirməyib. Qəzetin həmsöhbətləri qeyd ediblər ki, görüş fevralın 18-də Ər-Riyadda keçirilən danışıqların “davamı olacaq”. Həmin vaxt Rusiya nümayəndə heyətinin tərkibində xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da var idi. Amerika tərəfini dövlət katibi Marko Rubio, Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolz təmsil ediblər.

Xatırladaq ki, ötən həftə Qərb mediası Donald Trampın bəyanatına istinadən ABŞ-Rusiya danışıqlarının yeni mərhələsinin fevralın 25-də baş tutacağını yazmışdı. Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Sergey Ryabkov “heç bir görüş hazırlanmadığını” bildirib. Bu arada Sergey Lavrov bu həftə səfirliklərin işi ilə bağlı Vaşinqton və Moskva arasında məsləhətləşmələrin aparılacağını açıqlayıb, lakin tarixi dəqiqləşdirməyib.

//Samir Qurbanov, Editor.az