İkinci uşaq sahibi ol, 14 min dollar qazanbackend

İkinci uşaq sahibi ol, 14 min dollar qazan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin subayların evlənməyə və ailələri birdən çox uşaq sahibi olmağa inandırmaq üçün müxtəlif yollara əl atır. “Financial Times”a (FT) görə, təşviqlər həm yerli, həm də milli səviyyədə həyata keçirilir.

Yerli hakimiyyət orqanları evli qadınlara zəng edərək uşaq sahibi olmaq planlarını soruşurlar. Çin sakinləri ilə söhbətlərdən və Çin sosial şəbəkələrindəki nəşrlərdən məlum olduğu kimi, bir çox qadın sağlamlıqlarını yoxlamaq üçün antenatal klinikalara dəvət olunur. Artıq bir və ya daha çox uşağı olan ailələrə daha çox uşaq dünyaya gətirmək üçün xüsusi müavinət verilir. Zhejiang şəhər sakininin sözlərinə görə, yerli hakimiyyət qadınlara ikinci uşaq dünyaya gətirəcəkləri təqdirdə 100 min yuan (14 min dollar) vəd edib.

Bundan əlavə, universitetlərdən subay tələbələr üçün “evlilik və məhəbbət kursları”nın açılması tələb olunurdu. Çinin Milli Səhiyyə Komissiyasının bu ay söylədiyi kimi, “universitetlər tələbələrin sevgisini tapmaq üçün vacib bir yerdir”. Eyni zamanda, komitənin tələbələr arasında keçirdiyi sorğunun məlumatları göstərib ki, respondentlərin 57%-i hələ də ailə həyatı qurmaq istəmir, çünki onlar təhsillə yanaşı, çox işləməli olurlar.

//Samir Qurbanov, Editor.az