İldırım 39 yaşlı oyunçunu meydançada vurub öldürdübackend

İldırım 39 yaşlı oyunçunu meydançada vurub öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Huancayoda (Peru) futbol matçı zamanı ildırım 39 yaşlı oyunçu Huqo de la Kruz Mesanı öldürüb. Daha bir neçə zərərçəkən xəstəxanaya yerləşdirilib.

Britaniyanın “The Sun” tabloidinin məlumatına görə, faciə noyabrın 3-də Çilka rayonunda keçirilən regional turnir zamanı baş verib. Nəşrin məlumatına görə, qarşılaşma iki yerli komanda “Juventud Bellavista” və “Familia Chocca” arasında baş tutub.

Bu zaman tufan başlayıb və hakim oyunu dayandırmaq qərarına gəlib. Lakin idmançılar paltardəyişmə otağına gedərkən meydançaya ildırım düşüb. “Familiya Çhocca”nın müdafiəçisi yerindəcə dünyasını dəyişib. Daha bir neçə futbolçu ağır zədəlidir. Digər zərərçəkənlərin, 16 və 19 yaşlı iki yeniyetmənin, həmçinin 24 yaşlı Kristian Sezar Pituy Kahuananın vəziyyəti stabil olaraq qiymətləndirilir.

//Samir Qurbanov, Editor.az