İldırım rusiyalını Batumidə “tapdı”backend

İldırım rusiyalını Batumidə “tapdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda çimərliklərdən birinin yaxınlığında rus turisti ildırım vurub.

Editor.az bildirir ki, bu barədə SHOT Telegram kanalı xəbər yayıb. Turist ailəsi ilə birlikdə Samaradan Batumiyə istirahətə gəlib. Suvenir kimi video çəkmək üçün birlikdə mənzərəli körpüyə getməyə qərar veriblər.

Bu zaman zərbə enib və kişi onu elektrik cərəyanı vurduğunu zənn edib. Zərbədən onun paltarları yanıb və turist yerə yıxılıb. Yaxınları dərhal həkimləri çağırıb və hadisə yerinə gələndə rusiyalının sağ qalmasına və ciddi xəsarət almamasına təəccübləniblər. İndi Samara sakini yanıq xəsarətləri ilə Batumi xəstəxanasındadır və onun şokdan ayılmasına çalışırlar.

//Samir Qurbanov, Editor.az