İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edibbackend

İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonu təbrik edib.

President.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli Aleksandr Qriqoryeviç.

Dövlət bayramı – Belarus Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Möhkəm dostluq əlaqələrinə, etimada və qarşılıqlı dəstəyə əsaslanaraq son onilliklər ərzində qardaş ölkələrimiz strateji tərəfdaşlığın çoxtərəfli münasibətlərini qurublar. Sizin Azərbaycana bu yaxınlarda etdiyiniz dövlət səfəri, keçirilən görüşlər və imzalanan sənədlər bir daha sübut etdi ki, Azərbaycanla Belarus arasında mövcud olan yaxşı əməkdaşlıq ənənələri bu gün uğurla inkişaf edir və yeni məzmunla zənginləşir.

Əminəm ki, bizim birgə səylərimiz gələcəkdə də Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında dost xalqlarımızın və ölkələrimizin maraqları naminə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına və möhkəmlənməsinə kömək edəcək perspektivli təşəbbüslərin və layihələrin həyata keçirilməsinə yönəldiləcək.

Hörmətli Aleksandr Qriqoryeviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar, Belarus Respublikasına isə əmin-amanlıq və tərəqqi arzulayıram”.