İlham Əliyev: “Azərbaycan 30 illik işğalı unuda bilmir”backend

İlham Əliyev: “Azərbaycan 30 illik işğalı unuda bilmir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz Qarabağda bugünkü vəziyyəti və ya orada yaşayan erməni icması ilə ünsiyyətimizi kontekstdən çıxara, 30 illik işğalı, Livanın ərazisinə bərabər ərazimizin tamamilə xarabalığa çevrilməsini, sadəcə, unuda bilmərik”.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışında bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, bu, yadplanetlilərin əməli deyil. Bunu bizim torpağı işğal edən qonşularımız törədiblər, onlar 1 milyon azərbaycanlını evsiz-eşiksiz qoyub, 67 məsciddən 65-ni dağıdıb, murdarlayıblar. İndi biz onları artıq oradan qovandan sonra onlar ədalətli olmağa çağırırlar. Onlar, – bizim ərazilərimizi 30 il ərzində işğal edənlər, – bizi işğalçılıqda təqsirləndirirlər.

Prezident İlham Əliyev əlavə edib ki, 2020-ci il noyabr tarixli üçtərəfli Bəyanatın faktiki olaraq Ermənistanın kapitulyasiya aktı olmasını unutmaq lazım deyil.