İlham Əliyev: “Azərbaycanda yüz illərdir ki, milli-mənəvi həmrəylik mühiti hökm sürür”backend

İlham Əliyev: “Azərbaycanda yüz illərdir ki, milli-mənəvi həmrəylik mühiti hökm sürür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda yüz illərdir ki, ayrı-ayrı xalqlar və etiqadlar arasında qarşılıqlı hörmət və etimada, mehriban dostluq və qardaşlığa əsaslanan milli-mənəvi həmrəylik mühiti hökm sürür”.

Editor.az  AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına ünvanladığı müraciətdə yer alıb.

“Cəmiyyətimizdə yüksək birgəyaşayış mədəniyyətinin, mənəvi-əxlaqi normaların, multikultural dəyərlərin və dözümlülük prinsiplərinin təbliği və təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin prioritet xəttini təşkil edir”, – deyə Azərbaycan Prezidenti bildirib.