“Biz Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına çox minnətdarıq. Bu gün Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması mərasimi çox ürəkdən aparılmış işin nəticəsidir”.
Editor.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ABŞ-nin vitse-Prezidenti Ceyms Devid Vens ilə mətbuata birgə bəyanatında söyləyib.

