İlham Əliyev ermənilərin separatizm və status arzusunu ürəyində qoydu – VİDEObackend

İlham Əliyev ermənilərin separatizm və status arzusunu ürəyində qoydu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənilərin milli ideya hesab etdikləri “Böyük Ermənistan”, “Dənizdən dənizə Ermənistan” xülyası artıq puçdur. Bu xülya ilə yaşadıqları dövr ərzində maddi, mənəvi, demoqrafik, sosial-iqtisadi, siyasi, geosiyasi, hərbi baxımdan, bir sözlə, bütün sahələrdə Ermənistan çox şey itirdi.

Ölkə işğalçılıq siyasəti ucbatından regiondakı layihələrdən təcrid olundu. Bunun günahını da Azərbaycanın üzərinə atmağa çalışırdı, amma sonra bu yalanları da faş oldu. Artıq ermənilərin “milli ideya”sının mümkünsüz olduğu reallığını rəsmi İrəvanın özü də dərk edir.

Siyasətçilər Prezident İlham Əliyevin mayın 28-i – Müstəqillik Günündə ermənilərə Laçından səslənməsini kəskin xəbərdarlıq kimi dəyərləndirirlər. Separatizm və “miatsum”un sonudur. Yeganə yol Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaqdır.

Laçından verilən mesajlardan aydın olur ki, Qarabağdakı ermənilər Azərbaycana reinteqrasiya olunacaqlar. Çünki qarşı tərəf üçün başqa çıxış yolu yoxdur.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik: