İlham Əliyev: “Ermənistanla sülh yalnız kağız üzərində deyil”backend

İlham Əliyev: “Ermənistanla sülh yalnız kağız üzərində deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanla sülh yalnız kağız üzərində deyil. Bununla bağlı Birgə Bəyannamə oldu və bir neçə ay bundan əvvəl paraflandı. Lakin bizdə sülh yerində hiss olunur”.

Editor.az  AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında səsləndirib.

Sərhədlərimizdə artıq atışmanın, qurbanların, itkilərin olmadığını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Biz müxtəlif istiqamətlərdən bütün yüklərin Ermənistana daşınmasına olan məhdudiyyətləri aradan qaldırmışıq. Biz Ermənistanla ticarətə və onlara ən vacib neft məhsullarının ixracına başlamışıq”.