İlham Əliyev: “Həm enerji, həm də nəqliyyat sahəsində çox böyük planlarımız var”backend

İlham Əliyev: “Həm enerji, həm də nəqliyyat sahəsində çox böyük planlarımız var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Həm enerji, həm də nəqliyyat sahəsində çox böyük planlarımız var”.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata bəyanatında deyib.

Bu sahədə böyük uğurların olduğunu vurğulayan dövlətimizin başçısı bildirib:

“Bizim birgə həyata keçirdiyimiz enerji və nəqliyyat layihələri bu gün bir çox ölkənin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərir”.