İlham Əliyev Jelka Tsviyanoviçi qəbul edib – YENİLƏNİB + FOTObackend

İlham Əliyev Jelka Tsviyanoviçi qəbul edib – YENİLƏNİB + FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviçi qəbul edib.

AZƏRTAC xəbər verir ki, Jelka Tsviyanoviç İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib.

Dövlətimizin başçısı Bosniya və Herseqovinaya ötən il rəsmi səfərini və səfər zamanı aparılmış müzakirələri məmnunluqla xatırlayıb.

Görüşdə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə inkişafından məmnunluq ifadə olunub. Azərbaycanın Balkan regionu ilə əlaqələrinin, bu xüsusda Bosniya və Herseqovina ilə əməkdaşlığının inkişafı xüsusi qeyd edilib. Ölkələrimiz arasında enerji, investisiyalar, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Söhbət zamanı XI Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunulub. Jelka Tsviyanoviç bu tədbirdə çox aktual məsələlərin müzakirə olunduğu vurğulayıb.

12:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviçi qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.