“İlham Əliyev Laçın dəhlizində Azərbaycan postunun qurulmasına çalışır” – Türkiyə aktiv fəaliyyətə keçdibackend

“İlham Əliyev Laçın dəhlizində Azərbaycan postunun qurulmasına çalışır” – Türkiyə aktiv fəaliyyətə keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Xocalı aeroportunun açılması üçün cəhdlər edir. Hətta təzyiqlərə əl atır. Türkiyənin Azərbaycana siyasi dəstəyi, Ankaranın iki gündür verdiyi mesajlar Moskvanı Qarabağda sülhməramlı missiyasında korrektlər etməyə çağırması, proseslərin gərgin olduğunu göstərir. Artıq Türkiyə Rusiyaya Qarabağda konkret sülhməramlı qüvvələrinin missiyasına yerinin göstərilməsi zamanının çatdığını elan edir”.

Yenisabah.azxəbər verir ki, bu barədə politoloq Məhəməmməd Əsədullazadə bildirib.

Politoloq Xocalı aeroportunun açılmamasının Türkiyə və Azərbaycan birliyinin nəticəsi olduğunu vurğulayıb:

“Xocalı aeroportunun açılmaması, Türkiyə və Azərbaycan birliyinin nəticəsidir. 11 yanvarda Moskvada bağlı qapılar arxasında Xocalı aeroportunun Rusiya sülhməramlı qüvvələri üçün açılması barədə danışıqların getdiyini istisna etmirəm. Azərbaycan buna razılıq verməsi milli təhlükəsizlik maraqlarımıza təhdid ola biləcəyindən İlham Əliyev razılıq verməyib. Rusiya öz sülhməramli qüvvələrinin təchizatını Gəncə aeroportundan istifadə etsin. Füzuli aeroportu açılandan sonra buradan həyata keçiriləcək. Bu da Azərbaycanın nəzarəti deməkdir”.

M.Əsədullazadə bildirib ki, Laçın dəhlizi açıq qaldıqca status məsələsi gündəmdə olacaq:

“Qeyd edim ki, Laçın dəhlizinə nəzarət üzrə yeni bir gərginlik var. Çünki Ermənistan rəsmiləri Xankəndinə gəlir. Buradan Ermənistan maneəsiz istifadə edir. Azərbaycan ərazilərinə buradan silahların daşınmasının qarşısının alınması, gələcəkdə ermeni terrorizminin qarşısını almaq üçün Laçın dəhlizi Azərbaycanın nəzarətində olmalıdır. Laçın dəhlizi açıq qaldıqca status məsələsi gündəmdə olacaq”.

Politoloq Türkiyənin aktiv fəaliyyətə keçdiyini və İlham Əliyevin Laçın dəhlizində Azərbaycan postunun qurulmasına çalışdığını xüsusi vurğulayıb.

“Türkiyədə aktiv fəaliyyətə keçib və Rusiya ilə qısa vaxtda danışıqlar başlaya bilər. Hələki bunlar bəyanat şəklində deyilir. Prezident İlham Əliyev də dəhlizdə Azərbaycan postunun qurulmasına çalışır. Çünki Xankəndinə qanunsuz səfərlərlə bağlı ciddi bəyanatlar verir.

Azərbaycan Laçın dəhlizində post qurması qısa vaxtda mümkün görünməsədə, mütləq şəkildə bunu həyata keçirməlidir. Burada post qurulandan sonra artıq Xankəndində qondarma qurumun fəaliyyəti dayanacaq. Laçın Dəhlizinə nəzarət Azərbaycanın prinsipial mövqeyi olmalıdır. Çünki Azərbaycanın suveren ərazisidir. Burada Rusiya deyil, Azərbaycan hərbiçiləri olmalıdır. Bununla bağlı M. Çavuşoğlu Moskvaya açıq mesaj verdi”.