İlham Əliyev: “Laçın-Xankəndi yolunda hər hansı bir blokadadan söhbət gedə bilməz”backend

İlham Əliyev: “Laçın-Xankəndi yolunda hər hansı bir blokadadan söhbət gedə bilməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü zamanı Laçın-Xankəndi yolundakı vəziyyəti müzakirə edib.

Dövlət başçısı bu barədə yerli televiziya kanallarına müsahibəsində bildirib.

“Laçın-Xankəndi yolundakı vəziyyət də əlbəttə ki, müzakirə olundu. Mən bir daha Azərbaycanın mövqeyini bildirdim ki, hər hansı bir blokadadan söhbət gedə bilməz. Dekabrın 12-dən bu günə qədər 2500-dən çox yük maşını və Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları keçmişdir və əgər blokada var idisə, bu maşınlar necə keçə bilərdi. Yəni bu, Azərbaycana qarşı əsassız bir ittihamdır. Biz bunu rədd edirik və deyə bilərəm ki, keçirdiyim bütün görüşlərdə bu mövqe anlayışla qarşılanır. O cümlədən Avropa İttifaqı bizim mövqeyimizi anlayır. Biz haqlı olaraq tələb edirik ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın və buna nail olunmayana qədər əminəm ki, bizim ictimai fəallarımız öz şərəfli missiyalarından əl çəkməyəcəklər. Bu gün də bunu çatdırmağa çalışdım”, – Azərbaycan Prezidenti vurğulayıb.