İlham Əliyev: Misir-Azərbaycan əməkdaşlığının dərinləşdirilməsi üçün bütün imkanlar varbackend

İlham Əliyev: Misir-Azərbaycan əməkdaşlığının dərinləşdirilməsi üçün bütün imkanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əminəm ki, Sizin səfəriniz Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 28-də Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi ilə görüşdən sonra mətbuata bəyanatında deyib.

“Biz bu gün həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə bir çox məsələləri müzakirə etdik və gələcək əməkdaşlıq haqqında vahid mövqeyə gəldik – bu əməkdaşlıq dərinləşdirilməlidir və genişləndirilməlidir. Bunun üçün bütün imkanlar var və bugünkü səfər bunu bir daha təsdiqlədi.

Biz bundan sonra da beynəlxalq təşkilatlarda birgə fəaliyyət göstərəcəyik, bir-birimizi bundan sonra da dəstəkləyəcəyik, necə ki, bu günə qədər iştirak etdiyimiz beynəlxalq təşkilatlarda – istər BMT olsun, Qoşulmama Hərəkatı olsun, İslam Əməkdaşlıq Təşkilatı olsun, bu təşkilatlar çərçivəsində qarşılıqlı dəstək göstəririk”, – Prezident İlham Əliyev vurğulayıb.