İlham Əliyev Mövlud Çavuşoğluya başsağlığı veribbackend

İlham Əliyev Mövlud Çavuşoğluya başsağlığı verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin millət vəkili Mövlud Çavuşoğluya atasının vəfatı ilə bağlı başsağlığı məktubu göndərib.

Editor.az  AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Çavuşoğlu.

Ailənizə üz vermiş ağır itki – atanız Osman Çavuşoğlunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu üzüntülü anlarda dərdinizə şərik çıxır, sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirəm.

Allah rəhmət eləsin!”