İlham Əliyev Müqəddəs Məryəm Ana kilsəsində olub, Papa Fransiskin vəfatı ilə bağlı başsağlığı veribbackend

İlham Əliyev Müqəddəs Məryəm Ana kilsəsində olub, Papa Fransiskin vəfatı ilə bağlı başsağlığı verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 25-də Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub, Roma Papası Fransiskin vəfatı ilə əlaqədar başsağlığı veriblər.

Editor.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısını və birinci xanımı Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete qarşılayıb.

Azərbaycan Prezidenti və birinci xanım matəm kitabına ürək sözlərini yazıblar.