İlham Əliyev: “Qaldırdığım Dövlət Bayrağımız ulu öndərin xatirəsinə ən böyük hörmətin əlamətidir”backend

İlham Əliyev: “Qaldırdığım Dövlət Bayrağımız ulu öndərin xatirəsinə ən böyük hörmətin əlamətidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu il Azərbaycanda “Heydər Əliyev İli” elan edilmişdir. Ulu öndərin 100 illiyi ölkə üzrə qeyd edildi. Mən mənim üçün bu əziz günü – atamın doğum gününü Şuşada keçirdim. Şuşanın mərkəzi meydanında Azərbaycan xalqına müraciət edərək öz ürək sözlərimi bildirdim və dedim ki, ulu öndərin xatirəsinə ən böyük hörmət əlaməti bizim əməllərimizdir”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib.

Dövlətimizin başçısı deyib: “Mən hesab edirəm ki, oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə qaldırdığım Dövlət Bayrağımız ulu öndərin xatirəsinə ən böyük hörmətin əlamətidir. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradımız ulu öndərin xatirəsinə ən böyük hörmətimizin əlamətidir”.