İlham Əliyev: “Qazaxıstan inkişaf və modernləşmə yolu ilə inamla irəliləyir”backend

İlham Əliyev: “Qazaxıstan inkişaf və modernləşmə yolu ilə inamla irəliləyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qazaxıstan inkişaf və modernləşmə yolu ilə inamla irəliləyir”.

Editor.az  AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında deyib.

“Son illər Prezidentin (Kasım-Jomart Tokayev – red.) həyata keçirdiyi islahatlar, modernləşmə kursu, müasir texnologiyaların, o cümlədən süni intellektin inkişafı Qazaxıstanın inkişaf və modernləşmə yolu ilə inamla irəlilədiyini nümayiş etdirir”, – deyən dövlətimizin başçısı vurğulayıb ki, həmçinin Qazaxıstanın beynəlxalq nüfuzu da möhkəmlənir.