Azərbaycan Prezidenti İlham Əliyev Tatarıstan Respublikasının rəisini ordenlə təltif edib.
Editor.az President.az-a istinadən bildirir ki, bununla bağlı Prezident müvafiq sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Rüstəm Nurqaliyeviç Minnixanov “Dostluq” ordeni ilə təltif edilir.