İlham Əliyev sərəncam imzaladıbackend

İlham Əliyev sərəncam imzaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında yaşıllıqların salınması sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 iyun tarixli 2868 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Editor.az sərəncamın mətnini təqdim edir:

1. “Azərbaycan Respublikasında yaşıllıqların salınması sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 iyun tarixli 2868 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 6, maddə 537; 2010, № 7, maddə 610; 2016, № 2 (II kitab), maddə 343; 2020, № 5, maddə 601) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci hissədə “səhmləri dövlətə məxsus olduğu üçün dövlətin adından müəyyən səlahiyyətlərin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına” sözləri “ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara” sözləri ilə əvəz edilsin;

1.2. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. Azərbaycan Respublikasının Prezidentinə:

2.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi;”;

1.3. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

“2.1-1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

2.1-1.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Cəmiyyətin nizamnaməsinin təsdiq edilməsi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

2.1-1.2. idarəetmə orqanlarının yaradılması;”;

1.4. 2.2.1-ci və 2.2.5-ci yarımbəndlər ləğv edilsin;

1.5. 2.2.3-cü yarımbəndə “Cəmiyyətin” sözündən sonra “sədrinin və” sözləri əlavə edilsin;

1.6. 2.3-cü bənddə “Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “İqtisadiyyat Nazirliyinə” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.