İlham Əliyev Syerra-Leone prezidentini təbrik edibbackend

İlham Əliyev Syerra-Leone prezidentini təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyev Syerra-Leone Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Culius Maada Bionu təbrik edib.

Editor.az  President.az-a istinadən xəbər verir ki, təbrik mətnində qeyd olunub:

“Hörmətli cənab Prezident,

Syerra-Leone Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah arzulayıram”.