Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci dünya müharibəsi iştirakçısı Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib.
“Report”un məlumatına görə, əklil mərhumənin məzarı üstünə qoyulub.