İlham Əliyev və Nikol Paşinyan görüşəcək: “Sülh danışıqlarının ilkin mərhələsi baş tuta bilər”backend

İlham Əliyev və Nikol Paşinyan görüşəcək: “Sülh danışıqlarının ilkin mərhələsi baş tuta bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünən cənab Prezident İlham Əliyev Ermənistandan gələn müsbət siqnallarla bağlı açıqlama verdi. Bunun Avropa İttifaqı vasitəsilə keçiriləcək görüşdə müzakirə ediləcəyini bildirdi. Bir müddət əvvəl də Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında Azərbaycanla sülh danışıqlarına başlamaq məsələsinin vacibliyini vurğulayıb. Bütün bunları nəzərə alsaq , aprelin 6-da Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdə sülh danışıqlarına başlamaqla bağlı razılıq əldə oluna bilər”.

Bu sözləri Editor.az-a açıqlamasında “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri Samir Hümbətov deyib.

Siyasi analitikin sözlərinə görə, sülh müqaviləsinin imzalanması uzun zaman tələb edir:

“Görüşün əsas müzakirə məsələləri Ermənistanın Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıması, sərhədlərin delimitasiya demakrasiyası, beynəlxalq öhdəliklərin yerinə yetirilməsi, Zəngəzur dəhlizinin açılması ilə bağlı olacaq. Amma ümumiyyətlə, sülhün bağlanması bütün proseslərin başında durur. Hesab edirəm ki, bu görüşdə yeni reallıqlar nəzərə alınaraq sülh danışıqlarının ilkin mərhələsi baş tuta bilər”.

//Gülnarə Abasova, Editor.az