İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə mesajları – MÖVQEbackend

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə mesajları – MÖVQE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuliyə və Zəngilana səfərləri çox mühüm tarixi və siyasi hadisədir. Türkiyə liderinin Prezident İlham Əliyevlə birgə Füzuli Beynəlxalq Hava Limanının açılışını etməsi böyük əhəmiyyət kəsb edirdi”.

Bunu a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Füzuli və Zəngilana səfərlərindən danışarkən deyib.

Millət vəkili bildirib ki, R.T.Ərdoğanın Füzuli aeroportunun açılışında, Zəngəzur dəhlizinin bir hissəsi olan avtomobil yolunun təməlqoyma mərasimində iştirak etməsi dünyaya verilən dostluq, qardaşlıq mesajıdır.

V.İskəndərov qeyd edib ki, Qarabağdakı genişmiqyaslı quruculuq işləri Azərbaycanın iqtisadi gücünü göstərən bariz nümunələrdir.

Onun fikrincə, postmüharibə dövründə İlham Əliyevin rəhbərliyi altında Qarabağın bərpası Azərbaycanın ümumi məqsədlərə çatmaq yolundakı bacarıqlarının göstəricisidir.

“Türkiyə Prezidentinin Füzuli və Zəngilana səfəri isə təkcə dostluq və qardaşlığa göstərilən nümunə yox, həm də xalqlarımız, ölkələrimiz arasındakı möhkəm birliyin, həmrəyliyin, sarsılmazlığın nümunəsi sayılır”, – deyə V.İskəndərov əlavə edib.

Deputat Zəngəzur dəhlizinin təməlinin qoyulmasından bəhs edərkən söyləyib ki, bu koridor türk dünyasını birləşdirəcək.

“Bu dəhliz Qarabağ və Şərqi Zəngəzurun turizm potensialını artıracaq və bu ərazilər regionun inkişaf etmiş bölgələrinə çevriləcək. Cənab Ərdoğan bir daha regionun inkişafı üçün altılıq formatının vacibliyindən danışdı. Yeni reallıqlar yaradan ölkə Azərbaycandır və Türkiyə bu yolda ölkəmizə bütün sahələrdə dəstək verir. Azərbaycan özü də bütün məsələlərdə Türkiyəni dəstəkləyir. Bu nümunə dünyaya yeni mesajlar verir. Bu mesajlar bəşəri dəyərlərə hörmətə çağırışdır”, – deyə V.İskəndərov fikrini yekunlaşdırıb.

Oxu.az