Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev Bişkekdə danışıqların ictimai hissəsində qondarma Dağlıq Qarabağ hökumətinin keçmiş rəhbəri Ruben Vardanyanla bağlı vəziyyəti müzakirə etməyiblər.
Editor.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. “Söhbətin təkbətək hissəs kifayət qədər uzun sürən i oldu və mən onların nədən danışdıqlarını bilmirəm”, – deyə Peskov əlavə edib.
Qey edək ki, ötən gün MDB dövlət başçılarının sammitində Vladimir Putin və İlham Əliyev Qarabağdakı vəziyyəti müzakirə ediblər. Bundan sonra Putin Azərbaycan prezidentini “üz-üzə” danışmağa dəvət edib.
//Samir Qurbanov, Editor.az

