İlham Əliyev Zelenskiyə başsağlığı verdibackend

İlham Əliyev Zelenskiyə başsağlığı verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə başsağlığı verib.

Başsağlığının mətni AZƏRTAC-da yayımlanıb.

“Hörmətli cənab Prezident,

Xarkov vilayətində hərbi təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.