”İlham Əliyevə hədiyyə edilən qılınc niyə Karaismailoğlu ilə göndərildi?”-Politoloqbackend

”İlham Əliyevə hədiyyə edilən qılınc niyə Karaismailoğlu ilə göndərildi?”-Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli nazir Adil Karaismailoğlunun Bakıda Prezident İlham Əliyevə qılınc hədiyyə etməsi sual yaratdı: Azərbaycan Prezidentinə qılıncı niyə nəqliyyat və infrastruktur naziri hədiyyə edir, yaxud Türkiyə qılıncı niyə Karaismailoğlu ilə göndərdi?

Politoloq Asif Nərimanlı Editor.az-a açıqlamasında bildirib ki, Karaismailoğlu Türkiyə tərəfdən Zəngəzur dəhlizi layihəsini koordinasiya edən şəxsdir və Bakıya səfəri də dəhlizin inşası üzərində aparılan işin müzakirəsi, yaxud canlı təmasla müəyyənləşdirilməsi vacib olan məsələlərin dəqiqləşdirilməsi ilə bağlı idi: ”Nazirin özü ilə hədiyyə olaraq gətirdiyi qılıncın mənasını görüşün sonundakı dialoqdan anlamaq mümkündür”.

İlham Əliyev: Çox təşəkkür edirəm. Bu, barış xəncəridir.
Adil Karaismailoğlu: Əlbəttə, barış üçün də lazımdır.
İlham Əliyev: Bu, lazımdır.
Adil Karaismailoğlu: Bunu görüncə sülh də olur.

Asif Nərimanlı qeyd edib ki, bu dialoq spontana bənzəmir və hər ifadənin mənası, mesajı var: ”Müharibədən sonra əldə olunmuş sülh pozularsa, güc yolu ilə təmin ediləcək;
Zəngəzur dəhlizi layihəsindən geri addım atılmayacaq və icrasına mane olanlara qarşı güc tətbiqi yeganə alternativdir;
Türkiyə “qılıncını” Əliyevin əllərinə verir və bölgədə atacağı addımları öz gücü ilə dəstəkləyəcək”.

Siyasi şərhçinin sözlərinə görə, qılıncın nəqliyyat və infrastruktur naziri ilə göndərilməsi də cari hədəfin Zəngəzur dəhlizi olduğu deməkdir:”Hərçənd, dialoqun sonunda Karaismailoğlunun “Bunu (qılıncı) görüncə sülh də olur” sözləri birmənalı deyil. Türkiyə Azərbaycana “qılıncı görməsələr, sülh də olmayacaq”, yəni “yenidən güc yolu ilə həll edin, yanınızdayıq” mesajını verir və bunu həm də bölgədə maraqlı olan bütün tərəflərə ünvanlayır.Və bu, Bakının qılıncı yenidən qınından sıyıra biləcəyi versiyasını önə çıxarır”.

Gülnarə Abasova, Editor.az

Loading...