“İlham Əliyevin Ankaraya səfərinin Misir səfəri ilə birbaşa əlaqəsi yoxdur, ancaq…”- ŞƏRHbackend

“İlham Əliyevin Ankaraya səfərinin Misir səfəri ilə birbaşa əlaqəsi yoxdur, ancaq…”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyev Türkiyə-Misir münasibətlərinin yaxşılaşması fonunda Azərbaycanla Misir əlaqələrinin də inkişafı üçün mühüm addımlar atıb. Əvvəlcə Misir rəhbəri Əbdülfəttah Əs-Sisinin regiona səfəri baş tutmuşdu, daha sonra isə cənab Prezident İlham Əliyev Misirə səfər etdi. Misir səfərinin arxasıyca isə Azərbaycan rəhbərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfəri də müstəsna əhəmiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, Prezident Ərdoğanın İlham Əliyevi dəvət etməsi, onunla regional məsələlərlə bağlı müzakirələr aparması şəraitində bu səfər baş tutub”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, İlham Əliyevin Ankaraya səfərinin Misir səfəri ilə birbaşa əlaqəsi yoxdur:

“Ancaq Ankara səfərində İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında Misirdəki müzakirələr ətrafında söhbətlər baş tutub. Azərbaycanın və Türkiyənin Misirlə əlaqələri yaxşılaşdırması, eyni zamanda, bu gün Türkiyənin HƏMAS-la, Azərbaycanın isə həm İsrail, həm də Fələstinlə yaxşı əlaqələr qurması gələcəkdə bu iki dövlətin İsrail-HƏMAS danışıqlarında hansısa bir formada vasitəçi qismində iştirakına da səbəb ola bilər. Hamıya bəllidir ki, həm Azərbaycan, həm də Türkiyənin beynəlxalq siyasi problemlərdə uğurlu missiyaçı qismində iştirak etmək potensialları var. Hər iki dövlət daha əvvəl də bu potensiallarını nümayiş etdiriblər”.

//Gülnarə Abasova, Editor.az