İlham Əliyevin BMT-də son çıxışı və Ermənistanın məhkəməyə verilməsi TRT Arabia`da müzakirə edilib – VİDEObackend

İlham Əliyevin BMT-də son çıxışı və Ermənistanın məhkəməyə verilməsi TRT Arabia`da müzakirə edilib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verib.

“İşğal illərində vurulmuş ziyanın qiymətləndirilməsi üzrə də iş aparılır, bu iş başa çatmaq üzrədir. Biz beynəlxalq hüquq şirkətlərini cəlb etmişik, onlar qiymətləndirmə aparır, gələcəkdə beynəlxalq məhkəmələrdə hüquqi iddialar qaldırılmasında bizə kömək edəcəklər” – bunu Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Ərəb dünyasına xitab edən nüfuzlu TRT Arabia kanalında çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov ölkə başçısı İlham Əliyevin BMT-də son çıxışı və Ermənistanın məhkəməyə verilməsi barədə danışıb.

#Azərbaycan #İlhamƏliyev #TRTArabia #BMT #Qarabağ #Şuşa #Kəlbəcər #Laçın #Zəngilıan #Ağdam #Qubadlı #Zəngəzur #Xankəndi #Ermənistan