“İlham Əliyevin dünya birliyi qarşısında sərgilədiyi yanaşma Qərb tərəfindən qeyd-şərtsiz qəbul olunur”-ŞƏRHbackend

“İlham Əliyevin dünya birliyi qarşısında sərgilədiyi yanaşma artıq Qərb tərəfindən qeyd-şərtsiz qəbul olunur”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi zamanı diqqətçəkən məqamlardan biri müsahibə zamanı heç bir mənalı sualın verilməməsidir”.

Bu sözləri Editor.az-a Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə barədə danışarkən politoloq Tofiq Abbasov deyib.

Politoloq bildirib ki, qərb media mənsubları adətən Azərbaycan lideri ilə görüşərkən məkrli, ikibaşlı, içərisində təzadlar olan suallarla müraciət edib:

“Bu dəfə isə fərqli tərkibdə yanaşmanın şahidi olduq. Bu ondan xəbər verir ki, artıq Azərbaycan Prezidenti İlham Əliyevin dünya birliyi qarşısında sərgilədiyi yanaşma, konsepsiya, gördüyü işlərin məğzi Qərb tərəfindən qeyd-şərtsiz qəbul olunur. Bu mütləq qalibə olan yanaşmanın sağlam tərzdə özünü əks etdirməsidir. Bölgə məsələləri, Ermənistanla münasibətlər, Azərbaycanın iqtisadi potensialı və s. kimi məsələlər müsahibə zamanı diqqət mərkəzində idi. Ölkə başçısı İlham Əliyev sualları cavablayarkən müxtəlif məsələlər üzrə vacib məqamlara toxundu. İlk növbədə xarici qonşularla olan münasibətlərə xüsusi diqqət yönəldildi.

Son illərdə kasıblıq faizinin 55 faizdən 5-15 faizə qədər düşməsi özlüyündə böyük strateji əhəmiyyətə malik göstəricidir. Ölkə öz gücünə, heç bir maliyyə institutundan heç bir dəstək almadan öz problemlərini həll edir. Bu, çox vacib bir örnəkdir. Prosesləri isə təbii sərvətlərə bağlamaq düzgün deyil. Çünki təbii sərvətləri bizdən də çox olan və əhalisinin yaşayış səviyyəsi çox aşağı olan ölkələr var. Lakin biz yığcam potensialdan maksimum səmərəli istifadə edirik. Azərbaycanın əsas qüdrəti onun iqtisadi gücündədir”.

//Səbinə Hüseynli, Editor.az