İlham Əliyevin həyatı və nailiyyətləri: Çətin qərarların arxasındakı şəxsiyyət – VİDEObackend

İlham Əliyevin həyatı və nailiyyətləri: Çətin qərarların arxasındakı şəxsiyyət – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baku TV-də yayımlanan “Aydın tarix” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki buraxılışında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevdən bəhs olunub.

24 dekabr 1961-ci il, bir çoxları üçün yeni il bayramına hazırlıqlarla dolu adi bir bazar günü idi. Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi Heydər Əliyevin ailəsində isə bu gün xüsusi bir gün oldu. Ailənin ikinci və ilk oğlan övladı dünyaya gəldi – İlham Əliyev.

İllər sonra bu adı bütün dünya tanıyacaq. Lakin qarşıda uzun bir yol vardı və bu yolda İlham Əliyev atası, qısa bir zamandan sonra isə bir xalqın atasına çevriləcək Heydər Əliyevin yanında addımlayacaqdı. Hər addımı ilə ondan nə isə götürəcək, nə isə öyrənəcək. Çünki İlham Əliyevi böyük gələcək gözləyirdi və o gələcək üçün Heydər Əliyevin ən yaxın adamı, tələbəsi, oğlu olmaq şansından mümkün qədər çox faydalanmalı idi.

Orta məktəbdən sonra İlham Əliyevin harada təhsil alacağını öncədən bilmək çətin deyildi, sözsüz ki, SSRİ-nin ən öndə gedən ali təhsil ocaqlarından biri olan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu. Oranı bitirdikdən sonra İlham Əliyev İnstitutun aspiranturasına qəbul olur. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alır. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyir.

Lakin 1990-cı ilin 20 yanvar hadisələri və Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyindəki məşhur çıxışından sonra Əliyevlər ailəsi Moskvada qala bilməzdi. Onlar xilasa ehtiyacı olan Vətənə qayıdırlar.

Heydər Əliyev hakimiyyətə gələndə neft kapitalını insan kapitalına çevirmək yolunu seçmişdi. Məhz bu uzun və keşməkeşli bir yolda ona İlham Əliyevin – oğlunun dəstəyi lazım idi. Buna görə də İlham Əliyev 1994-cü ildə Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, 1997-ci ildə isə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilir. Onun işi birbaşa Azərbaycanın qara qızılı və ən böyük sərvəti gənclərlə bağlı olur. Təsadüfi deyil ki, hər iki sahə üzrə Azərbaycan ən yüksək zirvələri fəth edir. İdmançılarımız ölkəyə Olimpiya medallarını gətirirlər.

20 il bundan əvvəl 2003-cü ildə Azərbaycan xalqı İlham Əliyevin lehinə səs verəndə bu etimad ilk növbədə Heydər Əliyevin ən yaxın tələbəsinə göstərilirdi. İlham Əliyev atasının bu uğurunu təkrarlaya, Azərbaycanı daha da irəli apara biləcəkmi? Bu sualın cavabı bu gün aydındır və çoxları Azərbaycanın indiki yüksəkliyindən 2003-cü ilə baxarkən “Biz əmin idik” deyəcəklər.

Ətraflı Baku TV-nin süjetində: