İlham Əliyevin Türkmənistan paytaxtından verdiyi MÜHÜM MESAJLAR- Millət vəkili ŞƏRH ETDİbackend

İlham Əliyevin Türkmənistan paytaxtından verdiyi MÜHÜM MESAJLAR- Millət vəkili ŞƏRH ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında Azərbaycan Prezidenti cənab İlham Əliyev bir sıra mühüm məqamlara toxunub. Geniş tərkibdə görüş zamanı Dövlət Başçısı  çıxışı zamanı öz növbəsində Azərbaycanın Xəzəryanı ölkələrlə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verdiyini dilə gətirib”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Millət vəkili  bildirib ki, Prezident çıxışı zamanı “Xəzər dənizinin hüquqi statusu haqqında” konvensiyanın tarixi əhəmiyyətinə də toxunub:

“Bu konvensiya əsasən xəzəryanı dövlətlərin hərtərəfli və qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına dair hüquqi baza olacaq.  Prezident öz çıxışında Azərbaycanın Xəzəryanı ölkələrlə bir çox platformalarda çoxtərəfli  əməkdaşlığını, əsasən də Xəzər dənizində sabitliyin və təhlükəsizliyin qorunması məsələlərini önə çəkdi. Bu münasibətlərdə ölkələrin mənafelərinin nəzərə alınması, xəzəryanı dövlətlərin suverenliyi, ərazi bütövlüyü, müstəqilliyinə hörmət edilməsi qeyd olundu və bildirildi ki, Xəzər region xalqlarının inkişafı, tərəqqisi, beynəlxalq və region layihələrinin mühüm tərkib hissəsinə çevrilib. Dövlətlər bu məsələlərdə diqqətli olmalı, münasibətləri bu konteksdən həmişə qoruyub-saxlamalı və inkişaf etdirməlidir”.

Millət vəkili onu da vurğulayıb ki, Azərbaycan bu gün Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzinə çevrilib və şərq-qərb, şimal-cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında çox önəmli rol oynayır:

“Biz Transxəzər Beynəlxalq Marşrutunun səmərəli  istifadəsinə dəstək veririk və bunun üçün səy göstəririk. Bu marşrut Xəzəryanı bölgələrin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək.  Eyni zamanda, cənab Prezident Vətən müharibəsindən sonra ölkəmizdə  münaqişənin bitdiyini və bundan sonra Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, bərpası, beynəlxalq nəqliyyat əlaqələrin inkişafı üzrə genişmiqyaslı işlərin görülməsindən bəhs etdi. Bildirildi ki, Zəngəzur  dəhlizi artıq reallaşmaq üzrədir. Bu da ölkələr arasındakı hərtərəfli, siyasi, iqtisadi və digər sahələrdəki münasibətlərin daha yüksək səviyyəyə çatmasına böyük dəstək vermiş olacaq. İlham Əliyev ekologiya ilə bağlı da ciddi məsələlərə toxundu.  Hal-hazırda hər bir dövlətin diqqət etməli olduğu vacib məsələlərdən biri Xəzərin suyunun azalması, ekologiyasının qorunmasıdır. Bu xüsusda Prezident Xəzər dənizinin dayazlaşması barədə fikirlərini söylədi və qeyd etdi ki, bu barədə həmkarlarla da fikir mübadiləsi aparılıb. Artıq dayazlaşma dinamikası hər bir ölkə üçün  narahatlıq doğurmağa başlayıb. Bu ekoloji fəkalətin səbəblərinin aşkar edilməsi, bunun qarşısının alınması üçün sistemli tədbirlərin müəyyənləşdirilməsi vacibdir. Ümumiyyətlə, Ölkə Prezidentinin toxunduğu məsələlərdə, əsasən də Xəzəryanı dövlətlərin qarşılıqlı əlaqələrinin zirvəyə çatdırılması üçün hər bir ölkənin daha çox çalışması, fikir mübadiləsinin artırılmasının vacibliyi qeyd olunub”.

//Gülnarə Abasova, Editor.az