İlham Əliyevlə Paşinyanın görüşü: “Bu, ilk görüşdə baş tutmayacaq”-AÇIQLAMAbackend

İlham Əliyevlə Paşinyanın görüşü: “Bu, ilk görüşdə baş tutmayacaq”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan hər zaman Ermənistan tərəfinə konkret olaraq ikitərəfli görüşlərə başlamaq üçün çağırıb edib. Cənab  Prezident İlham Əliyev bu dəfə də İspaniyanın EFE informasiya agentliyinə verdiyi müsahibədə Nikol Paşinyanla görüşə hazır olduğunu bildirib. Ermənistan tərəfi də buna hazır olduğunu bildirsə də ilk növbədə real addımlar ataraq qeyri-konstruktiv mövqeyindən geri çəkilməlidir”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Siyasi şərhçi bildirib ki, İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın görüşü baş tutacaq:

“Ermənistanın daha əvvəl Azərbaycana təqdim etdiyi xəritələr yanlışdır. Bu mənada Ermənistana yenə etimad etmək olmaz. Düşünürəm ki, ilk görüşdə diversantlarla mina xəritələrinin barteri baş tutmayacaq. Buna aparılan müzakirələr boyu qərar veriləcək. Ona görədə baş tutacaq ilk ikitərəfli görüşdə 10 noyabr və 11yanvar bəyanatlarının öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı məsələlər müzakirə ediləcək.  Əsas məsələ isə Zəngazur dəhlizi olacaq. Əgər Ermənistan 10 noyabr razılaşmasından irəli  gələn öhdəlikləri yerinə yetirərsə, o zaman Azərbaycan erməni diversantları qaytara bilər”.

//Gülnarə Abasova, Editor.az