İlin ilk Çin-Azərbaycan konteyner qatarı Bakıya çatıbbackend

İlin ilk Çin-Azərbaycan konteyner qatarı Bakıya çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin-Azərbaycan istiqamətində 2021-ci ilin ilk konteyner blok qatarı Bakıya çatıb.

Editor.az Trend-ə istinadən bildirir ki, qarışıq yüklərdən ibarət qatar Çinin Çinqdao şəhərindən Bakıya qədər olan məsafəni 15 günə qət edib. Blok qatarı hər biri 40 futluq olan 50 konteynerdən ibarətdir.

Konteynerlər Qazaxıstanın Aktau limanından Ələt limanına operatoru “ADY Konteyner” olan “Beket Ata” fider gəmisi vasitəsilə çatdırılıb. Konteynerlərdən 15-i Gürcüstanın paytaxtı Tbilisiyə göndəriləcək.

Layihə Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri olan “KTZ Express”, “ADY Konteyner” MMC və “GR Logistics and Terminals”-ın birgə əməkdaşlığı çərçivəsində həyata keçirilb.

2021-ci ilin sonunadək “ADY Konteyner” MMC tərəfindən Çin-Azərbaycan istiqamətində 50-dək konteyner blok qatarının nəql olunması planlaşdırılır.