İlin ilk günəş tutulması baş verəcəkbackend

İlin ilk günəş tutulması baş verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin ilk Günəş tutulması aprelin 30-da universal vaxtla (UTC) saat 18:45-də baş verəcək.

Editor.az “Forbes”ə istinadən xəbər verir ki, qismən günəş tutulması universal vaxtla saat 20:41-də maksimum 54 faiz qaralma səviyyəsinə çatacaq.

2022-ci ilin ilk Günəş tutulması təxminən 4 saat davam edəcək. Proses Antarktida və Cənubi Amerikada görünəcək.

Qismən Günəş tutulmasından sonra mayın 16-da “Qanlı Ay” kimi tanınan tam Ay tutulması baş verəcək.

Növbəti qismən Günəş tutulmasının oktyabrın 25-də baş verəcəyi deyilir.

//Nəzərbəy, Editor.az