“İlin ortasına doğru çox güclü bahalaşma olacaq”- İqtisadçı ekspertdən PROQNOZbackend

“İlin ortasına doğru çox güclü bahalaşma olacaq”- İqtisadçı ekspertdən PROQNOZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qərblə Rusiyanın Ukrayna uğrunda savaşı qlobal iqtisadiyyatın bütün əsas sütunlarını sındıracaq. Bu proses artıq, başlayıb. Dünya iqtisadiyyatı onsuz da pandemiyadan sonra tam sağalmamışdı, demək olar ki, hələ yenicə özünə gəlirdi. 2021-ci il bu mənada geridönüş, yəni bərpa ili oldu. Tam sağalmağa isə hələ var idi”.

Bu sözləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

Onun sözlərinə görə, ərzaq məhsulları pandemiyadan sonra bahalaşmağa başladı:

“Belə ki, pandemiya şəraitində bütün istehsal sahələri məhdudiyyətlərlə üzləşdiklərindən, fəaliyyətlərini dayandırdıqlarından pandemiyadan sonra dərhal öz əvvəlki vəziyyətlərinə qayıda bilmədilər. Odur ki, təklif birdən-birə kəskin şəkildə artan tələb qarşısında aciz qaldı. Nəticədə neftin və bütün digər hər şeyin qiymətləri yüksəlməyə doğru istiqamət götürdü. Keçən il elə bir ölkə olmadı ki, orada inflyasiya yüksək qeydə alınmasın”.

Ekspert bildirib ki, proqnozlara görə bu proses cari ilin ortasına doğru səngiyəcək və bahalaşma dayanacaq:

“Bu zaman təbii ki, Rusiyanın Ukraynaya müdaxilə edəcəyi gözlənilmirdi. İstənilən müharibə şəraiti dağıdıcı rol oynadığından iqtisadi sistem və əlaqələri qırır, istehsalı zəiflədir və yaxud tamamilə dayandırır, təklifi endirir. Bu xüsusən də özünü ərzaq məhsullarında büruzə verdikdə bahalaşma dalğa şəklini alaraq bütün dünyaya yayılır. Hazırda ən ciddi təhlükə ərzaqlıq buğda məhsulu üzrə gözlənilir. Çünki Rusiya ilə Ukraynanın bu məhsul istehsalı və tədarükü üzrə payları yüksək idi. Ərzaqlıq buğdanın bahalaşması bütün digər qida məhsullarına təsir göstərəcək. Belə ki, bu adətən zəncirvari xarakter daşıyıb həmişə. Və odur ki, gözlənilən budur ki, kəskin ərzaq qıtlığı və sair kimi hallar yaranmayacaqsa da, ilin ortasına və həmçinin sonuna doğru çox güclü bahalaşma olacaq”.

//Gülnarə Abasova, Editor.az